Şirkət haqqında

Ecoman MMC təmizlik xidmeti göstərir. 2015-ci ildə qurulmuş Ecoman MMC yeni qurulmasına baxmayaraq, çox qısa müddətdə geniş müştəri kütləsi toplamışdır. Ecoman MMC Azərbaycanda təmizlik şirketleri arasında lider mövqe tutur. Bunun səbəbi isə Ecoman MMC-nin bu xidmət sahəsində başlıca hədəfi – müştərilərin istək və sifarişlərini beynəlxalq standartlar səviyyəsində həyata keçirərək yüksək xidmət göstərmək, daima yeniləşən və sürətlə inkişaf edən dünyada ən son nəaliyyətləri müştərilərimizə təklif etməkdir. Xidmətlərimiz dünya standartlarına cavab verməsinə baxmayaraq, qiymətləndirmə siyasətində məqsədimiz digər təmizlik şirkətlərindən fərqli olaraq xidmətlərimizi şişirdilmiş qiymətlərlə yalnız elit təbəqəyə deyil, əksinə orta gəlirli azərbaycanlı ailəsinin büdcəsinə uyğun şəkildə qiymətlındirərək hər bir azərbaycanlı aiələyə xidmət göstərməyi hədəf seçmişik. Və buna görə də qısa müddətdə professional personalımız göstərdiyi yüksək xidmətə görə nəinki elit təbəqənin, eyni zamanda çox münasib qiymətlərlə kasıb təbəqənin belə xidmətlərimizdən istifadə etməsini təmin etmişik və məhz bu səbədən bu günə qədər müştərilərimizdən yalnız məmnunluq və razılıq duymuşuq.

Azərbaycanda və Qafqazda ilk olaraq Ecoman yeni bir xidmətə imza ataraq bazarda mövcud olan standart təmizlik xidmətlərindən başqa məişət tullantılarının birbaşa qapının kandarından daşınmasını həyata keçirməyə başlamışdır. Bununla kifayətlənməyərək, müştərilərimizin yaşayış binalarının giriş, koridor, pilləkan və liftlərinin təmizlənməsini pulsuz həyata keçirməyə başlamışdır. Bundan başqa Ecoman xeyirxahlıq sahəsində də yenilik edərək tənha təqaüdçülərin və tənha anaların məişət tullantılarının birbaşa qapının kandarından daşınmasını və yaşayış binalarının giriş, koridor, pilləkan və liftlərinin təmizlənməsini pulsuz olaraq həyata keçirməyə başlamışdır.

Ecoman həmçinin iş bazarında belə fərqlənmişdir. Belə ki, kadr seçimi zamanı digər şirkətlərdən fərqli olaraq bizimlə işləmək istəyən insanlardan əsas tələb olaraq 5-6 dil bilməsini, 9-10 iş təcrübəsini deyil, insanların səmimi, dürüst, əxlaqlı, ədəbli, məsuliyyətli, intizamlı, insanlara hörmətlə yanaşmasını tələb etmişik. İş bilik və təcrübəsini isə seçilmiş kadrlara Ecomanın hazırladığı xüsusi kurslarda öyrədərək müştərilərimizə yüksək səviyyəli kadrlar təqdim etmişik.

Bütün bunlara görə biz fəxr hissi keçirir və müştərilərimizlə işləməkdən zövq alırıq. Bizə göstərdikləri etibara görə bütün müştərilərimizə dərin təşəkkürümüzü və hörmətimizi bildiririk.

Hörmətlə: V.A.Mirzəzadə

Ecoman MMC-nin baş direktoru